“Şirkətdə dekoratorların sayı 16 idi. Dekorasiya işlərinin bir qismini dekoratorlar həyata keçirsə də, əsas dekorasiyalar xaricdən sifariş edilirdi. Buna görə də ATV-də ixtisar aparıldı”. Bu barədə Modern.az-a “Azad Azərbaycan” telekanalından məlumat verilib.
Məlumatda bildirilir ki, ixtisara cəmi 7 nəfər düşüb. Onlar sırf texniki işçilərdir.
"Azad Azərbaycan" Telekanalının (ATV) əməkdaşlarının kütləvi şəkildə işdən ayrılması xəbəri yayılıb. Məlumata görə, kütləvi etiraza səbəb baş dekorçu Elxan Novruzovun işdən getməsidir.
Gülşən RAUFQIZI