Modern.az

Tibb Universitetinin tələbələri üçün yenilik

Tibb Universitetinin tələbələri üçün yenilik

Təhsil

10 Sentyabr 2014, 15:31

Modern.az-ın məlumatına görə, yeni tədris ilindən etibarən Azərbaycan Tibb Universitetində tələbələrin rahatlığına imkan verən daha bir yenilik tətbiq edilir. Belə ki, bu ildən başlayaraq tələbələrin dərsləri əsasən Universitetin “Tibb şəhərciyi”ndə yerləşən klinikalarda və tədris binalarında  keçiriləcək.

Əvvəlki illərdə ATU tələbələri tədris proqramı ilə əlaqədar şəhərin müxtəlif istiqamətlərindəki xəstəxanalarda  yerləşən kafedralara getməli olurdular. Bu isə  tələbələr üçün narahatlıq yaradır, bəzən onların dərslərə gecikməsinə səbəb olurdu. 

Artıq tələbələrin yüksək səviyyəli təhsil alması üçün zəruri olan tədris kafedraları  ATU-nun “Tibb Şəhərciyi”ndə yerləşən, ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş və yüksək tibbi xidmətin göstərildiyi  klinikaların nəzdində fəaliyyət göstərməyə başlayıb. Beləliklə, ATU-da  tələbələrin tədris proqramını tam əhatə etməyə imkan verən kafedralar  artıq “Tibb Şəhərciyi”ndə  birləşib. 
Bu isə tələbələrin daha çox vaxta qənaət etməsinə, diqqəti təhsilə yönəltməyə, onların rahatlığına şərait yaradır. Hazırda “Tibb Şəhərciyi”ndə Tədris Terapevtik Klinika, Tədris Cərrahiyyə Klinikası, Onkoloji və Stomatoloji  klinikalarla yanaşı, həmçinin 5 əlavə tədris binası da fəaliyyət göstərir.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı