Modern.az

Gözləri anadangəlmə yoxdur, amma...

Gözləri anadangəlmə yoxdur, amma...

Təhsil

10 Sentyabr 2014, 15:42


Çində anadangəlmə gözləri olmayan bir uşağın davamlı olaraq  fənərlə oynaması ailəsinin  marağına səbəb olub.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, övladlarının şikəstliyi səbəbindən sarsıntı keçirən ata Madamihan və ana Salamunun həkimləri gəzərək çarə axtardıqları zaman uşağı apardıqları xəstəxanada yenidən ümidləniblər.

Burada uşağı müayinə edən həkimlər onun üzəri dəri metal olan sol gözünün işığa həssas olduğunu müəyyən edib.

Uşağın fənərlə oynamasını işığı görə bildiyi üçün sevdiyini müəyyən edən həkimlər əməliyyatın risqli olacağını da açıqlayıblar.

Gözün linzasının olmaması səbəbi ilə əməliyyatı məsləhət görməyən mütəxəssislər, əməliyyat olunsa belə görmənin mümkünsüz olduğunu bildiriblər. Bu səbəbdən də əməliyyatdan imtina edən ailə süni göz nəqli üçün uşağın 16 yaşına çatmasını gözləyirlər.

 

Gülşən RAUFQIZI  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı