Modern.az

Partiya liderinin görünməmiş fırıldağı

Partiya liderinin görünməmiş fırıldağı

Təhsil

10 Sentyabr 2014, 18:04



Türkiyə hələ belə fırıldaqçılıq görməyib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, razı saldığı bəzi keçmiş siyasətçilərlə Öncə Vətən Partiyasını quran Hüseyn Dəmirəlin partiya idarəçiləri və biznesmenlərdən milyonlarla lirə alıb yoxa çıxdığı məlum olub. Ona pul verənlər isə qıfıl vurulan partiya qərargahının qapısına “borcunu ödə!” yazıblar.

“Səni deputat, nazir edəcəyəm”

Doğru Yol partiyasından olan Ömər Çarxlının sözlərinə görə, 2014-cü ilin əvvəlində Hüseyn Dəmirəl onların yanına gələrək Öncə Vətən adında bir partiya qərargahı tutmağı planlaşdırdığını və dəstək vermələrini istəyib: “Səni millət vəkili edəcəyəm, onu-bunu edəcəyəm deyərək pul yığıb. Keçmiş siyasətçi yoldaşlarımı da hərəkətə gətirmişdim. Sabah, o biri gün deyə-deyə gözlədirmiş milləti. Biz öz pulunu xərclədiyini sanırdıq. Sən demə, bu adam millətdən 100 min, 200 min, 500 min lirə yığıbmış. Pul verənlər təhdidlərə başlayanda qaçıb getdi. Bu anda ortada yoxdur”.

Çarxlının fikrincə, 2015-ci il seçkilərində iştirak etməyi hədəflədiyini və işləri bu istiqamətdə icra etdiklərini iddia edən Dəmirəl qarşısına çıxan hər kəsi aldadıb: “Evinin yanında bir marketçi var. Adam indi böhranda, intihar edəcəyini söyləyir. 500 min lirə veribmiş. “Xaricdə bir milyard dollar pulum var, bir-iki milyon dollar verərəm sənə”, - deyibmiş. Pul verənlər qapıya gəlincə, zəng edincə “Mən baş nazirlə görüşürəm. Nazirlə görüşdəyəm”, -  deyərək hər səfərində bir ssenari yazıb”.

Partiyanın mərkəzi qərargahının yerləşdiyi binada kimsənin tapılmadığı və qapısının kilidli olduğu müəyyən olunub. Kilidli qapıya belə bir çağırış da yazılıb: “1 aydır yediyiniz yeməyin pulunu bu gün, sabah deyə sovuşdurursunuz. 73 lirə pulu ödəyin lütfən!. Yediyiniz yeməyin borcunu ödəyin!”

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı