Modern.az

Eldəniz Quliyevin ölkədən çıxmasına qadağa qoyuldu

Eldəniz Quliyevin ölkədən çıxmasına qadağa qoyuldu

Təhsil

10 Sentyabr 2014, 22:36

Nəsimi Rayon Məhkəməsi Eldəniz Quliyevin ölkədən çıxmaması ilə bağlı qərar çıxarıb. Bu haqda “Azadlıq” radiosuna Eldəniz Quliyev özü məlumat verib.

«Özüm də bunların tələsik qərarına mat-məəttəl qalmışam. Residivistəm, yoxsa ağır cinayət törətmişəm ki, mənim ölkədən çıxışıma qadağa qoyurlar?».

O, bu qərarı siyasi sifariş hesab edir:

«Son zamanlar düşünülmüş, qeyri-radikal mübarizə metodu ortaya qoymuşam. İstər Milli Şura, istərsə də Ziyalılar Forumunda fəal iştirak etmişəm, məqalələr yazmışam. Bardağı daşıran son damla da Milli Şuranın toplantılarının mənim ofisimdə keçirilməsi oldu. Ona görə də belə bir qurama, qeyri-qanuni iş qurdular mənə qarşı».

Eldəniz Quliyev bir müddət əvvəl sosial şəbəkədə yol polisinin davranışı ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət etmişdi. Bundan sonra nazir Ziyalılar Birliyinin üzvünü polisi təhqir etdiyi və böhtan atdığını əsas gətirib məhkəməyə vermişdi. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...