Modern.az

Şotlandiya müstəqilliklə ən zəngin ölkə olacaq

Şotlandiya müstəqilliklə ən zəngin ölkə olacaq

Təhsil

10 Sentyabr 2014, 23:15


London Şotlandiyanın müstəqil olma ehtimalının qarşısını almaq üçün çarələr axtarır. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yaxınlaşan referendum müstəqilliklə nəticələnərsə, Şotlandiya dünyanın ən zəngin ölkəsi ola bilər.

Şotlandiyada gələcək cümə günü keçiriləcək müstəqillik referendumu Londonda həyəcan zənglərini çaldırmaqda davam edir. Şotlandiyanın Birləşmiş Krallıqdan ayrılması nəticəsində dünyanın ən zəngin ölkəsi olacağı şayiələri, müstəqillik tərəfdarlarını daha da cəlb edir.

“İndependent” qəzetinin xəbərinə görə, Şotlandiya müstəqil olacağı halda adambaşına düşən milli gəlir baxımından ən zəngin ölkə olmaq potensialını saxlayır. İndidən müstəqil olacağı düşünülərsə dünyanın ən zəngin 14-cü ölkəsi olan Şotlandiya bir çox neft ehtiyatına malikdir. Birləşmiş Krallığa bağlı olduğu üçün neft vergilərindən yalnız 15 faiz pay ala bilən ölkə müstəqil olması vəziyyətində buradan da əldə edəcəyi gəlir artacaq. Beləliklə, dövlət sürətli bir şəkildə böyüyəcək. Əhali, sadəcə beş milyon nəfər olduğundan dəyişiklik də asan olacaq. Gəlir səviyyəsi ən yüksək və ən aşağı olanlar arasında uçurum olmayacaq.

İngiltərənin baş naziri David Kameronun ölkəni müstəqillik fikrindən uzaqlaşdırmaq üçün Şotlandiya əsilli sələfi keçmiş baş nazir Qordon Braunu göndərdiyi söylənilir.

İngiltərə kraliçası II Yelizavetadan da Şotlandiyadakı müstəqillik referendumuna müdaxilə etməsi tələb olunur.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı