ABŞ prezidenti Barak Obama Amerika xalqına müraciətində İŞİD terrorçu qruplaşmasına qarşı mübarizəni davam etdirəcəklərini bəyan edib.
Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, Ağ Ev rəhbəri ABŞ-ın İŞİD-ə qarşı koalisiyaya liderlik edəcəyini bildirib. Onun sözlərinə görə ABŞ İŞİD-i məhv etmək üçün əlindən gələni edəcək.
“Hədəfimiz aydındır. Terrorla mübarizə strategiyası ilə İŞİD-in gücünü azaldacağıq və onu tamamilə yox edəcəyik”,-deyə B. Obama söyləyib.
ABŞ lideri İŞİD-lə mübarizədə Suriya hakimiyyəti ilə müttəfiqlik etməyəcəklərini də vurğulayıb.
“Biz Bəşər Əsəd rejiminə güvənə bilmərik. Buna görə də öz müttəfiqlərimizin köməyindən yararalanacağıq. İlk olaraq bu terroçulara qarşı sistemli şəkildə hava zərbələri endirəcəyik”.
Qeyd edək ki, İŞİD İraq və Suriyada qanlı əməllərə imza atıb.
Modern.az