Modern.az

Azərbaycanlı professor Böyük Britaniyada nüfuzlu mükafat aldı

Azərbaycanlı professor Böyük Britaniyada nüfuzlu mükafat aldı

Təhsil

11 Sentyabr 2014, 10:45


Modern.az xəbər verir ki, Çingiz Fərzəliyev bu mükafata cari ilin iyununda layiq görülüb. Lakin mükafat ona bu günlərdə, Kembric Universitetində keçirilən İncəsənət, Texnologiya və Kommunikasiya üzrə Beynəlxalq Konqresdə iştirakı zamanı, Böyük Britaniyanın Beynəlxalq Bioqrafik Mərkəzinin direktoru doktor Nikolas Lou tərəfindən təqdim edilib.

Çingiz Fərzəliyev “Azərbaycan rəngkarlığının antologiyası”, “Azərbaycan Dövlət İncəsənət Muzeyi”, “Azərbaycanın el sənəti”, “Natürmort” və digər nəfis nəşrlərlə yanaşı, Azərbaycan təsviri sənətinin 45 ustad sənətkarlarına həsr edilmiş 36 kitabdan ibarət nəşrlər silsiləsinin də müəllifidir.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı