Modern.az

Bakıda məzunları qızıl medal alan 10 məktəbin direktoru mükafatlandırıldı

Bakıda məzunları qızıl medal alan 10 məktəbin direktoru mükafatlandırıldı

Təhsil

11 Sentyabr 2014, 11:03

Modern.az xəbər verir ki, bu gün Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda təhsil naziri Mikayıl Cabbarov, nazirliyin digər nümayəndələri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, məktəb direktorları, qabaqcıl müəllimlər və digər qonaqlar iştirak edib.

Konfransı təhsil naziri Mikayıl Cabbarov açıb. Daha sonra Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyevin hesabat çıxışı dinlənilib. Texniki Humanitar Liseyin direktoru Səidə Zeynalova “Təhsil Strategiyası və təlimlər” 182 saylı məktəbin ibtidai sinif müəllimi Aygün Kərimovaya”Müəllimlərin işə qəbulu müsabiqəsi və sınaq qiymətləndirilmə”, 193 saylı orta məktəbin direktoru Rəhim Hüseynov isə “Təhsildə kurikulumun tətbiqi” mövzularında çıxış ediblər.

Konfransda 3 və daha artıq məzunu 2013-2014-cü dərs ilində ümumi təhsili xüsusisi nailiyyətlərlə başa vuraraq qızıl medal qazandıqlarına görə 10 direktor “Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif edilib. Konfransın sonunda tədbir iştirakçıları adından ölkə prezidentinə müraciət ünvanlanıb və konfransın qətnaməsi qəbul olunub.

Məltəm TALIBZADƏ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı