“Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycanın Qarabağ bölgəsinin musiqi və sənət əsəri “ sənədli filmininin ingilis dilində hazırlanması ilə bağlı lahiyəhəsi başa çatıb”. Bunu Modern.az-a “Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin (SİMİB) sədri Anar Xəlilov layihə çərçivəsində “Qarabağın mədəniyyət xəzinələri” adlı sənədli film çəkildiyini dedi.
Həmçinin Anar Xəlilov filmin ümumi məqsədindən də danışıb. “Filmdə məqsəd bu gün erməni işğalı altında olan Qarabağın saxtalaşdırılan maddi və sənət əsərlərinin bu günkü taleyi fonunda Qarabağ probleminin dünya ictimaiyyətinin bir daha diqqətinə çatdırılması olub. Qarabağın musiqi və sənət əsərləri haqqında hazırlanmış film Qarabağ mədəni tarixinin Azərbaycan mədəniyyətində oynamış rolunu dünya ictimaiyyətinə çatdırmağa çalışıb. Eyni zamanda, filmdə dünya şöhrətli Azərbaycan musiqiçilərinin bir çoxunun Qarabağ musiqi məktəbinin yetirmələri olduğunu diqqətə çatdırmaq, Qafqazın mədəniyyət ocağı kimi bir Azərbaycanın ayrılmaz bölgəsi olaraq Qarabağın mədəniyyətimizdə tutduğu mövqenin dünyaya yayılmasına çalışılıb”.
Xatırladaq ki, SİMİB buna qədər üç dildə "Qarabağ abidələri", "Qarabağ yaddaş" kitablarını və ingilis dilində "Qafqazın konservatoriyası" filmini hazırlayıb.
Namidə BİNGÖL