Modern.az

Bakıda 45 saxta diplomlu müəllim aşkar edilib

Bakıda 45 saxta diplomlu müəllim aşkar edilib

Təhsil

11 Sentyabr 2014, 11:55

Ötən dərs ilində Bakı məktəblərində 45 müəllimin saxta diplomla işlədiyi məlum olub. Modern.az saytı xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

E.Əliyevin sözlərinə görə, həmin müəllimlər işdən azad ediliblər. Bununla yanaşı, ötən dərs ilində 7 məktəb direktoru və 3 direktor müavini işdən azad olunub, 32 məktəb direktoru və 16 direktor müavini isə intizam məsuliyyətinə cəlb edilib.

Məltəm Talıbzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı