Modern.az

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Bakıya gəldi

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Bakıya gəldi

Təhsil

11 Sentyabr 2014, 12:18



Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
AzərTAc xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini hava limanında Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar. Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı