“Müsavat Partiyasının taleyi məni də narahat edir”. Bunu Modern.az saytına açıqlamasında Müsavat Partiyası Məclisinin keçmiş sədri, hazırda Azad Demokratlar Partiyasının rəhbəri olan Sülhəddin Əkbər deyib. O, Müsavatda başqanlıq postu uğrunda gedən mübarizəni yaxından izlədiyini də bildirib.
Başqanlığa iddialılardan kimin şanslarının çox olması barədə sualı isə keçmiş müsavatçı cavablandırmaqdan imtina edib.
“Mənim bu məsələdə münasibət bildirməyim başqa partiyanın daxili işinə üarışmaq kimi qiymətlədirilə bilər. Ona görə də başqanlığa namizədlərin rəqabəti ilə bağlı şərh vermək niyyətində deyiləm”.
Qeyd edək ki, sentyabrın 27-də Müsavat Partiyasının qurultayının keçirilməsi gözlənilir. Qurultayda partiya özünə yeni rəhbər seçəcək.
Arif Hacılı, Səxavət Əlisoy, Qubad İbadoğlu, Tural Abbaslı başqan postuna iddialıdır.
Aqşin Kərimov