Modern.az

“Əlillərin sosial müdafiəsi ilə bağlı yeni qanun qəbul olunacaq” - Deputat

“Əlillərin sosial müdafiəsi ilə bağlı yeni qanun qəbul olunacaq” - Deputat

Təhsil

11 Sentyabr 2014, 15:01


“Əlillərin sosial müdafiəsi haqqında” qanun layihəsi yenidən işlənib”. Bunu Modern.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

Onun sözlərinə görə, söhbət təkcə Qarabağ əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılmasından getmir:  “Layihədə əlillərin həm sosial müdafiəsi, həm tibbi reabilitasiyası, həm də hüquqlarının qorunması ilə bağlı müddəalar öz əksini tapacaq”.  

Qeyd edək ki, III qrup Qarabağ əlili Zaur Həsənov ötən il dekabrın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında benzin tökərək özünü yandırandan sonra əlillərlə bağlı problemlərin kompleks həlli məsələsi gündəmə gəlib.

Namidə BİNGÖL      

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı