Modern.az

Rauf Mirqədirovla bağlı Avropa məhkəməsinə müraciət olundu

Rauf Mirqədirovla bağlı Avropa məhkəməsinə müraciət olundu

Təhsil

11 Sentyabr 2014, 16:19

“Rauf Mirqədirovun hüquqlarının pozulması ilə əlaqədar olaraq Avropa Məhkəməsinə şikayət göndərilib”. Bu barədə Modern.az-a jurnalistin vəkili Elmar Süleymanov məlumat verib. O bildirib ki, müraciətdə R. Mirqədirovun valideynləri ilə görüşmək hüququnun məhdudlaşdırılması, qanunsuz olaraq Türkiyədə həbs edilməsi və hələ də Azərbaycanda həbsdə saxlanılması, telefon vasitəsilə əlaqəyə məhdudiyyət qoyulması, Türkiyədə hüquqlarının müdafiə edilməsinə qoyulan qadağa, ittiham üzrə heç bir sübutun təqdim edilməməsi və s. şikayətlər öz əksini tapıb

Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. Türkiyədən deportasiya edilərək Bakıya gətirilən jurnalist dövlətə xəyanətdə ittiham olunur. Bu məsələ ilə bağlı hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus da saxlanılıb.      

Gülşən RAUFQIZI  


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı