Rusiya Avianaviqasiya Korporasiyası sentyabrın 21-dən “Air Armenia” avia şirkətinə heç bir avianaviqasiya xidmətləri göstərməyəcəyini bəyan edib. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, buna səbəb şirkətin 1,1 milyon dollar borcunun olmasıdır.
“Air Armenia”-nın Rusiya dövlət korporasiyası qarşısında keçən müddətdə 400 min, cari ildə isə 700 min dollar borcu yaranıb. Məlumatda vurğulanır ki, şirkət borcunu tam həcmdə ödədikdən sonra avianaviqasiya xidmətlərinin göstərilməsi bərpa olunacaq.
Artıq “Air Armenia” rəhbərliyi Rusiya ilə danışıqları bərpa edib.
Modern.az