Modern.az

“Azərbaycanda 500-ə qədər təhsilə yararsız məktəb var”

“Azərbaycanda 500-ə qədər təhsilə yararsız məktəb var”

Təhsil

11 Sentyabr 2014, 18:27

“Keçən ilin göstəricisinə görə 16% uşaq məktəbəqədər təhsildə iştirak edib”. Modern.az xəbər verir ki, bunu Qubada keçirilən “Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbi”ndə Təhsil Nazirliyinin əməkdaşı Emin Əmrullayev deyib.

Onun sözlərinə görə bu ildən məktəbəqədər hazırlıq kursları açılacaq: “Bu il Bakının 90-a yaxın məktəbində Təhsil Nazirliyi məktəbəqədər hazırlıq kursları açır. Bu ilkin mərhələdə pullu aparılacaq. Valideyn bir uşaq üçün aylıq 40 manat ödəməli olacaqlar”. O Azərbaycandakı yararsız məktəblərin sayını da açıqlayıb: “Azərbaycanda 500-ə qədər təhsilə yararsız məktəb var. Amma bu sürətlə getsək məktəb problemini çox tez aradan qaldıracağıq”.  

Rüfanə GÜNƏŞ

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı