Modern.az

Suriyalı qruplaşmanın bütün komandirləri həlak oldu

Suriyalı qruplaşmanın bütün komandirləri həlak oldu

Təhsil

12 Sentyabr 2014, 11:19

Bəşər Əsəd qüvvələrinə qarşı vuruşan “Əhrar-əş-Şam” qruplaşmasının bütün komandir heyəti partlayışın qurbanı olub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, İdlib vilayətinin Ram Həmdan kəndində silah-sursat anbarında baş verən partlayışda 75 nəfər mücahid həlak olub. Türkiyə sərhəddi yaxınlığında qeydə alınan hadisə zamanı Bəşər Əsədə qarşı uzun illərdir mübarizə aparan Həsən Əbbud, hərbi komandir Əbdül Nasir əl-Yasin və digər komadirlər həlak olublar. Ehtimal olunur ki, hadisəyə “Əhrar-əş-Şam” qruplaşmasının qərargahında iclas keçirilən zaman yaxınlıqdakı silah anbarının alovlanması səbəb olub. Azad Suriya Ordusuna qoşulmaq barədə müzakirə aparan qruplaşmanın komandir heyəti bütünlüklə həlak olub.

Qərb müxbirlərinin məsələ ilə bağlı “Əhrar-əş-Şam” qruplaşmasına müraciətinə isə təşkilatdan qısa cavab verilib : “Bizim bəyanat verməyə nümayəndəmiz qalmayıb”.

Xatırladaq ki, “Əhar-əş-Şam” qruplaşması Suriyanın şimalında döyüş əməliyyatlarında aktiv iştirak edir və 35 mni döyüşçünü öz sıralarında birləşdirir.

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı