Modern.az

Qafqaz Müsəlmanları İdarəsi mollaların cərimələnməsinə aydınlıq gətirdi

Qafqaz Müsəlmanları İdarəsi mollaların cərimələnməsinə aydınlıq gətirdi

Təhsil

12 Sentyabr 2014, 11:32

“Mollalara müəyyən miqdarda cərimələrin tətbiq olunması yoxlanılmamış informasiyalardır”. Bunu Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova mollalara cəza tətbiq olunması məsələsinə münasibət bildirərkən söylədi.

Onun sözlərinə görə, yayılmış xəbərlərin heç biri öz təstiqini tapmır, ona görə də Qafqaz Müsəlmanları İdarəsi indiyə qədər buna münasibət bildirmir.

“Məlumatlar tirajlanır, amma sonradan məlum olur ki, hamısı dezinformasiyadır”.

Mətbuat xidmətinin rəhbəri bildirdi ki, mütəmadi olaraq bölgələrdə olan nümayəndələrlə əlaqə saxlayırlar: “Qafqaz Müsəlmanları İdarəsinin yerlərdə nümayəndələri var, hansı ki, mütəmadi əlaqələr saxlayırıq. Onların bizə verdiyi informasiyalarda bildirilir ki, bölgələrdə mollalara cərimə tətbiq olunması kimi bir fakt qeydə alınmayıb. Sadəcə bəzi insanlar məsələnin qabardılmasına çalışır”.

“Mollalara cəza tətbiq olunmasının heç bir hüquqi əsası yoxdur, yəni bununla bağlı bir qanun yoxdur”,- deyə idarə rəsmisi əlavə etdi.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yas mərasimlərində isarfçılığın qarşısının alınması məsələsində həyata keçirdiyi bir sıra tədbirlərdən sonra təmtəraqlı yas mərasimlərində iştirak edən mollaların 500, 1000, 2000 manat məbləğində cərimə olunmaqla hədələndiyi bildirilir.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı