Ötən gün erməni girovluğundan Azərbaycana təhvil verilən 15 yaşlı Cavid Məmmədov sabiq daxili işlər naziri İsgəndər Həmidovun yaxın qohumudur.
Qohumluqları barədə Modern.az saytına danışan İsgəndər Həmidov bildirib ki, girovluqdan qaytarılan Cavid Məmmədov onun əmisi oğlunun nəvəsidir.
“Kimlərsə yazıb ki, o, mənim qardaşım oğludur, amma belə deyil”
Onun sözlərinə görə erməni silahlı birləşmələri Cavid Məmmədovu balıq tutmağa gedərkən girov götürüb. İsgəndər Həmidov Cavid Məmmədovu girovluqdan azad edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə təşəkkürünü də bildirib.
“Ümumiyyətlə bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, Cavid Məmmədov sentyabrın 5-də Tərtərin Aşağı Çaylı kəndi istiqamətində ermənilərə girov düşmüşdü. Ötən gün isə onu Azərbaycana tərəfinə geri qaytardılar. Təhvilvermə Ağdamın Baş Qərvənd kəndi yaxınlığında baş tutub.
Aqşin Kərimov