Modern.az

İsgəndər Həmidovdan Arif Hacılıya DƏSTƏK: “Onu çox istəyirəm”

İsgəndər Həmidovdan Arif Hacılıya DƏSTƏK: “Onu çox istəyirəm”

Təhsil

12 Sentyabr 2014, 12:01

“Mən Müsavat Partiyasının bütün üzvlərinə hörmətlə yanaşıram. Bu partiyada kifayət qədər ağıllı, savadlı insanlar var. Onların hansı başqan seçilsə, məmnuniyyətlə Müsavatla əməkdaşlıq edəcəyəm”.

Bunu Modern.az saytına sabiq daxili işlər naziri İsgəndər Həmidov Müsavat Partiyasında keçiriləcək başqan seçkilərinin perspektivini şərh edərkən deyib. Onun sözlərinə görə, başqanlığa iddialıların hamısı özünə hörmətlə yanaşan insanlardır.

İsgəndər Həmidov namizədlərin şanslarını dəyərləndirərkən daha çox Arif Hacılının üzərində dayanıb: “Arif Hacılı ilə uzun bir mübarizə yolu keçmişəm. Arif Hacılı Azərbaycanın müstəqilliyi uğrunda çalışan şəxsdir. Siyasi mübarizəsinə görə həbsdə olub. Bunlar hamısı göstəricidir. Mən Müsavatdakı seçkilərə hörmətlə yanaşacağam. Amma Arif Hacılını çox istəyirəm”.

Keçmiş nazir Müsavat başqanı İsa Qəmbərin başqanlıqdan gedəndən sonrakı statusu haqqında isə bunları deyib: “İsa Qəmbər öz ağsaqqallığını Müsavatdan əsirgəməyəcək”.

Qeyd edək ki, sentyabrın 27-də Müsavatın nəzərdə tutulan qurultayında partiya özünə yeni başqan seçəcək. Başqanlığa iddialılar isə Arif Hacılı, Qubad İbadoğlu, Səxavət Əlisoy, Tural Abbaslıdır.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı