Modern.az

Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edildi

Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edildi

Təhsil

12 Sentyabr 2014, 12:49



Avropa Birliyi NATO-nun Uels sammitində elan etdiyi kimi bu gündən Rusiyaya qarşı əlavə sanksiya paketi tətbiq edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, yeni sanksiya siyahısına “Rosneft”, “Transneft” və “Qazprom neft” daxil edilib. Bundan başqa, Rusiyanın ən böyük hərbi müəssisələri “Uralvaqonzavod”, “Oboronprom” və “Birləşmiş Aviainşaatçı Korporasiya”nın borclarının maliyyələşdirilməasi qadağan olunub.

Avropa Birliyinin “qara siyahı”sına isə 24 yeni ad əlavə olunub. Siyahıda “Rostex” korporasiyasının baş direktoru Sergey Çemezov, “Donetsk Xalq Respublikası”nın “baş naziri” Miroslav Rudenko, “Luqansk Xalq Respublikası”nın “baş naziri” Qennadi Çıpkalov, Rusiya prezidentinin Krımdakı şəxsi nümayəndəsi Georgi Muradov, Krım Respublikasının vitse-spikeri Mixail Şeremet, Dövlət Dumasının 3 deputatı, o vüməldən qalmaqalılı Vladimir Jirinovski daxildir.

Bundan əlavə, siyahıda 76-cı Pskov diviziyasının komandiri, general-mayor Aleksey Maumets də Avropa Birliyinin sanksiyaları ilə üzləşib.

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı