Modern.az

REAL-dan AÇIQLAMA: “İlqar Məmmədov həbsdə olsa da, partiyamızın sədri olacaq”

REAL-dan AÇIQLAMA: “İlqar Məmmədov həbsdə olsa da, partiyamızın sədri olacaq”

Təhsil

12 Sentyabr 2014, 13:30


“REAL elan etdiyi kimi, gələn ilin may ayının 28-də təsis qurultayını keçirəcək. Bununla bağlı intensiv işləyirik, regionlarda, Bakıda tez-tez görüşlərimiz olur”.

Bunu Modern.az saytına REAL hərəkatının icra katibi, təşkilatın idarə heyətinin üzvü Natiq Cəfərli qurumun qurultayına görülən hazırlıq işlərindən danışarkən deyib. O, REAL-ın partiyaya çevrilməsi prosesi ilə bağlı işlərdən də danışıb.

N. Cəfərli bildirib ki, onlar yeni formatda partiya quracaqlar. “İlkin təşkilatlar seçki dairələri üzrə olacaq. Əlbəttə ki, bu işdə çətinliklər çoxdur. Bunun səbəbi ölkədə ümumi xof havasının olması, siyasətə marağın azalması ilə bağlıdır”.

REAL rəsmisi hərəkatın lideri İlqar Məmmədovun həbsdə olmasının qurultay və partiya quruculuğuna təsiri məsələlərinə də toxunub.

O bildirib ki, İlqar Məmmədov istənilən halda REAL bazası əsasında yaradılacaq partiyanın sədri olacaq.

“İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarı var. Bu qərarda onun həbsinin siyasi olması, İlqar Məmmədovun real alternativ və aktiv olması, buna görə də həbs olunduğu təsbit olubir partiya olunub. İlqar bəy dərhal azad olunmalıdır.  Amma o, azad edilməsə belə, biz partiya quruculuğunu davam etdirəcəyik. İlqar Məmmədov azadlıqda olsa da, həbsdə olsa da, partiyamızın ilk sədri olacaq”,-deyə N. Cəfərli söyləyib.

Aqşin Kərimov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı