
Bir müddət əvvəl Azərbaycandan üçüncü ölkəyə təhvil verilən erməni əsir Akop İnciqulyanla bağlı Ermənistan tərəfi yeni açıqlama verib. Modern.az News.am saytına istinadən xəbər verir ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan Akop İncuqulyanın ölkəyə qayıtmasına ümid etdiyini bildirib.
Onun sözlərinə görə, Akop İnciqulyan aralıq məntəqələrdən birinə sığınıb. Seyran Ohanyan onun ölkəyə qaytarılması məsələsi barədə bunları deyib: “İndi onun Ermənistana və ya üçüncü ölkəyə getməsi məsələsi qəti həll edilir. Bizdə olan məlumatlara görə, Akop İnciqulyan vətəninə qayıtmağı arzulayır”.
Qeyd edək ki, erməni əsgəri olan Akop İnciqulyan 2013-cü ilin avqustun 8-də qoşunların təmas xəttini keçib və Azərbaycan tərəfinə təslim olub. O, əsgər yoldaşları və zabitlər tərəfindən döyüldüyünü və təhqir olunduğunu bildirib.
Bu ilin avust ayının sonlarında isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə üşüncü ölkəyə təhvil verilib.
Aqşin Kərimov