Modern.az

ABŞ Senatı Azərbaycana səfir təyinatı ilə bağlı dinləmə keçirəcək

ABŞ Senatı Azərbaycana səfir təyinatı ilə bağlı dinləmə keçirəcək

Təhsil

12 Sentyabr 2014, 15:27


ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Robert Sekutanın (Robert Francis Cekuta) Azərbaycana səfir təyin olunması ilə bağlı dinləmə keçirəcək.

APA-nın Senatın rəsmi saytına istinadən verdiyi xəbərə görə, dinləmələr sentyabrın 17-nə təyin olunub. Həmin tarixdə ABŞ-ın digər ölkələrdə, o cümlədən Ermənistanda səfiri postuna namizədliyi irəli sürülmüş diplomatların təyinatı da müzakirə ediləcək. Müzakirələr senator Kris Mörfinin (Chris Murphy) sədrliyi ilə keçiriləcək.  

Qeyd edək ki, bu il iyulun 8-də prezident Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Robert Sekutanın namizədliyini irəli sürüb. R. Sekutanın namizədliyi Senatda təsdiqlənərsə, o, bu vəzifədə Riçard Morninqstarı əvəz edəcək. 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı