Modern.az

Mirmahmud Mirəlioğlu Yusif Bağırzadəyə cavab verdi

Mirmahmud Mirəlioğlu Yusif Bağırzadəyə cavab verdi

Təhsil

12 Sentyabr 2014, 15:35


“Dəyirmi masa funksional əməkdaşlıqdır. Biz Birləşmiş Hüquq Müdafiə Mərkəzində (BHMM) həbsdə olanların hüquqlarının müdafiəsi ilə bağlı bir neçə partiya ilə bir araya gəldik. Masa ətrafındakı görüş zamanı bir çox fikirlər səsləndi”.Bunu Modern.az-a açıqlamasında KXCP sədri Mirmahmud Mirəlioğlu deyib.

O, AMİP sədri Yusif Bağırzadənin dediyi fikirlərə də toxunub: “Burada bizimlə bu və ya digər məsələlərdə əks fikirdə olan, yaxud da bizim əks fikirdə olduğumuz partiyalar cəmləşiblər. Qalan məsələlərdə isə kim nə deyirsə, bu onun şəxsi fikridir. Hər halda, bizim fikirlərimizə kimsə qarşıdırsa, bu da onun işidir, özü bilər”.

Qeyd edək ki, bir müddət əvvəl Birləşmiş Hüquq Müdafiə Mərkəzi yaradılıb.  Mərkəz həbsdə olan vəkillərin hüquqlarının müdafiəsi ilə bağlı keçirdiyi toplantıya bir sıra partiyalar qatılsa da. AMİP həmin toplantıda iştirak etməmişdi. AMİP sədri Yusif Bağırzadə Modern.az-a açıqlamasında hüquqların müdafiəsi ilə bağlı  toplantılara qatılmayacaqlarını  və ümumiyyətlə belə bir müdafiə mərkəzinə ehtiyacı olmadığını  demişdi.

Namidə BİNGÖL

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı