Modern.az

Bu il 138 min uşaq birinci sinfə gedəcək

Bu il 138 min uşaq birinci sinfə gedəcək

Təhsil

12 Sentyabr 2014, 16:48

Sentyabrın 15-i ölkəmizdə Bilik günü kimi qeyd olunur. Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, Bilik günündə ilk dərs vətənpərvərlik mövzusunda olacaq.
Təhsil Nazirliyindən verilən məlumata görə, bu tədris ilində Azərbaycanda 138 min nəfərdən çox uşaq birinci sinfə gedəcək.
Yeni tədris ilində ali təhsil müəssisələrində ilk dəfə olaraq SABAH qrupları fəaliyyətə başlayacaq. Ölkənin ali təhsil müəssisələrinin ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi tədrisini bu yeni qruplarda davam etdirəcək.

Bu il ilk dəfə olaraq Azərbaycanda maksimum adda və sayda  – 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olan bu kitablar artıq bütün məktəblərə çatdırılıb.

2014-2015-ci tədris ilində 1692 gənc müəllim ilk dəfə sinfə daxil olaraq öz vəzifələrinin icrasına başlayacaq. Bu müəllimlər təhsil sahəsində ilk dəfə olaraq, “müəllim andı” içdikdən sonra fəaliyyət göstərəcəklər.

Orta təhsilini qızıl və gümüş medallar almaqla başa vuran 201 məzunun hamısı yeni tədris ilini ali məktəblərin tələbələri sırasında qarşılayacaq.

Bu il ölkə üzrə 122 məktəb yenidən inşa olunub və ya yenidən qurulub, bu təhsil müəssisələrində əlavə korpus və sinif otaqları tikilib, 56 məktəb əsaslı təmir edilib, 64 məktəb cari təmir olunub.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı