Modern.az

Qarabağ separatçılarının əsas sponsoruna yeni ittiham irəli sürüldü

Qarabağ separatçılarının əsas sponsoruna yeni ittiham irəli sürüldü

Təhsil

12 Sentyabr 2014, 17:47

Bu gün Moskvanın Basmannı məhkəməsində Rusiyada yaşayan və əslən Qarabağdan olan iş adamı Levon Ayrapetyana yeni ittiham irəli sürülüb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, fırıldaqçılıqda da təqsirli bilinir. Ancaq erməni əsilli iş adamı bu ittihamla razılaşmır. İyulun 24-də Rusiya İstintaq Komitəsi Levon Ayrapetyana  çirkli pulların yuyulmasında və məşhur avtoritet Sergey Finaginin cinayətkar qruplaşması ilə əməkdaşlıqda ittiham irəli sürüb.

Levon Ayrapetyan dünyadakı erməni diasporunun 10 ən varlı fəalından biri hesab olunur.

O, Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsoru kimi də tanınır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...