Modern.az

Yusif Bağırzadə siyasi partiyaların yeni ittifaqından danışdı

Yusif Bağırzadə siyasi partiyaların yeni ittifaqından danışdı

Təhsil

12 Sentyabr 2014, 18:01

“Avropa seçimi” Avropaya inteqrasiya arzulayanların ittifaqıdır”

“Biz Avropa demokratik məkana inteqrasiya etmək niyyətindəyik. Beynəlxalq formada fəaliyyət göstərmək üçün adını “Avropa seçimi” qoyduq”. Bunu Modern.az-a AMİP-in sədri Yusif Bağırzadə deyib.  

Onun sözlərinə görə, yeni ittifaqda AMİP-dən başqa KXCP, ALP, Azad Demokrat Partiyası təmsil olunacaq: “Bütün partiyaların nizamnaməsində Avropaya inteqrasiya ilə bağlı müddəa öz əksini tapıb.  Ona görə də yeni yaranan siyasi ittifaqın adını belə qoyduq. Azərbaycanda çoxlu siyasi qurumlar var. Həmin qurumların adları bu və ya digər formada bu və ya digər dövlətlərlə bağlılıqda hallanır”.

Qeyd edək ki,  Bu gün  Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında Demokratik Qüvvələrin Birliyinin (DQB) növbəti toplantısı keçirilib. İclasda  “Avropa seçimi” adlı siyasi ittifaqın yaradılması qərara alınıb və bu istiqamətdə ilkin müzakirələr aparılıb.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı