Modern.az

Rusiya XİN-dən ABŞ-ın sanksiyalarına sərt REAKSİYA: "Hoqqabazlıqdır"

Rusiya XİN-dən ABŞ-ın sanksiyalarına sərt REAKSİYA: "Hoqqabazlıqdır"

Təhsil

13 Sentyabr 2014, 00:08


Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın rəsmi Moskvaya tətbiq etdiyi yeni sanksiyalarla bağlı bəyanat verib.

Modern.az-ın  rus KİV-nə istinadən verdiyi xəbərə görə Rusiya XİN ABŞ-ın bu addımını jonqlyorluq etmək (hoqqabazlıq)  kimi dəyərləndirib.  

Rusiya XİN bəyan edib ki, ABŞ sanksiyalar tətbiq etsə də, Moskva öz prinsipial mövqeyini dəyişməyəcək.  

“Ağ Evdə çoxdan aydınlaşdırmalı idilər ki, jonqlyorluq etmək bizi prinsipial mövqeyimizi dəyişməyə məcbur etməyəcək. Biz ABŞ-ın geosiyasi ambisiyalarına uyğun və okeanın o tayındakı siyasətçilərin hesablamaları ilə hərəkət etməyəcəyik”,-deyə bəyanatda qeyd olunur.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...