Modern.az

Elmar Vəliyev 100 şikayətçini dinlədi - FOTOLAR

Elmar Vəliyev 100 şikayətçini dinlədi - FOTOLAR

Təhsil

13 Sentyabr 2014, 10:29


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının qərargahında vətəndaşlarla növbəti dəfə qəbul keçirib. İcra hakimiyətindən Modern.az-a verilən məlumata görə, görüş şəhərin hüquq mühafizə orqanları və icra strukturları rəhbərlərinin iştirakı ilə keçirilib.

Vətəndaşları qəbul edən Elmar Vəliyev bildirib ki, ölkə başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq hər bir vətəndaşın arzu və təklifinə, eləcə də şikayətinə diqqətlə yanaşılır. Problemlərin həlli üçün konkret tədbirlər görülür ki, bu da insanların dövlətə və dövlətçiliyə olan etimadını artırır.

Sonra sakinlər problemlərin həlli ilə bağlı danışıblar. Dam örtüyünün təmiri üçün müraciət edən Üzeyir Məmmədov və Hicran Məmmədovaya bildirilib ki, şəhərdə böyük sürətlə aparılan bu qəbildən olan quruculuq işləri tezliklə və bütünlüklə öz həllini tapacaq.

Nizami Gəncəvi prospektinin sakini Ələddin Rəhimov yaşadığı evin yenidən inşa edilib onların istifadəsinə verildiyi üçün ailəsi adından təşəkkürünü bildirib. II qrup Qarabağ müharibəsi əlili Sahib Rzayevin, Eldar Kərimovun, I qrup əlil Emin Bağırovun maddi yardımla bağlı müraciətləri həllini tapıb.

Su ilə bağlı müraciətlərə cavab olaraq bildirildi ki, yeni infrastrukturun yaradılması prosesi tezliklə başa çatacaq və vətəndaşlar sutka ərzində içməli su ilə fasiləsiz təmin olunacaqlar.

Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş insanların ailələrinə, eləcə də torpaqlarımızın bütövlüyü uğrunda sağlamlıqlarını itirmiş insanlara yenə də xüsusi diqqət və qayğı göstərilib. II qrup Qarabağ müharibəsi əlilləri Zamin Mahmudov, Eldar Kazımov və Aftandil Sadıqovu diqqətlə dinləyən Elmar Vəliyev onlara arzu və istəklərinin yerinə yetirilməsi üçün tapşırıqlar verib.

Qəbul zamanı icra başçısı bildirib ki, yeni dərs ilinin başlanması ilə əlaqədar şəhid və Qarabağ müharibəsi əlillərinin övladları pulsuz məktəbli forması ilə təmin olunacaq.

Ümumiyyətlə, qəbula gələn 100-dən artıq vətəndaşın müraciəti dinlənilib və qaldırılan bir çox məsələlər yerindəcə həllini tapıb. 


Modern.az                                                                    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı