
Bakıdakı ən iri ticarət mərkəzlərində biri olan AMAY-da yanğın başlayıb. Modern.az saytının məlumatına görə, sosial şəbəkələrdə ticarət mərkəzinin tüstülənən binasının fotoları paylaşılıb.
Yanğın ticarət mərkəzinin 4-cü mərtəbəsindən başlayıb. Hadisə yerindən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hazırda yanğını söndürməyə çalışırlar.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, Bakının Nobel prospektində (keçmiş Fəhlə prospekti) yerləşən AMAY ticarət mərkəzində baş vermiş yanğın artıq söndürülüb. İlkin ehtimala görə, yanğın ticarət mərkəzində elektrik naqillərində baş verən qısaqapanmadan baş verib.
Qeyd edək ki, AMAY Ticarət Mərkəzi və onun yerləşdiyi nəhəng bina hazırda həbsdə olan iş adamı Abdulla Abdullayevə məxsusdur.Sentyabrın 8-də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə biznesmenin həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
