Modern.az

Millət vəkili haqqında kitab yazıldı - “Adil insan”

Millət vəkili haqqında kitab yazıldı - “Adil insan”

Təhsil

13 Sentyabr 2014, 13:02

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev haqqında kitab çıxıb.
Modern.az saytı xəbər verir ki, “Adil insan” adlanan kitabı politoloq Elxan Sahinoğlu və jurnalistlər - Rüfət Soltanla Elnur Eltürk ərsəyə gətiriblər. 396 səhifədən ibarət kitabda millət vəkilinin siyasi fəaliyyəti, rəhbərlik etdiyi federasiyanın uğurları, həyat yoluna qısa nəzər yetirilib.

Kitabda həmçinin bir çox tanınmış şəxslərin Adil Əliyev barədə fikirləri, xatirələri yer alıb. Qısa zaman kəsiyində ərsəyə gətirilən bu kitabda Adil Əliyevin həyat və yaradıcılığı, xeyriyyəçilik missiyası, siyasi fəaliyyəti oxucuların marağına səbəb olacaq formada əhatələnib.

Kitab "Qanun" nəşriyyatında çap olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı