Bakı Şəhər üzrə Təhsil İdarəsi 171 nömrəli orta məktəbin direktoru İradə Murquzova ilə bağlı açıqlama verib. İdarədən Modern.az-a daxil olan məlumata görə, KİV-də dərc olunmuş materiallar üzrə aparılmış xidməti araşdırma zamanı müəyyən edilib ki, İ. Murquzova “Təhsil haqqında” Qanuna, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnamısi”nə və s. zidd olaraq məktəbdə müxtəlif banklar, güzəştli kreditlər, faiz dərəcələri və s. barədə təbliğat aparılmasına şərait yaradıb.
Eyni zamanda o, qulluq mövqeyindən sui-istifadə edərək rəhbərlik etdiyi təhsil müəssisəsində musiqi müəllimi işləyən Kifayət Rzayevanın adına “Bank of Baku”dan 4000 (dörd min) manat kredit götürüb. Lakin məsuliyyətsizlik edərək ödəniş aparmayıb.
Təhsil İdarəsi qanun pozuntularını nəzərə alaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İ. Murquzova ilə bağlanmış əmək müqaviləsini sentyabrın 10-da ləğv edib.
Məltəm Talıbzadə