Modern.az

Moskvadan Qəbələyə uçan təyyarədə qalmaqal

Moskvadan Qəbələyə uçan təyyarədə qalmaqal

Təhsil

14 Sentyabr 2014, 20:06

Bu gün Moskavının Domodedovo hava limanından Qəbələyə uçan A-320 təyyarəsi sərnişinlərdən birinin qalmaqal salması səbəbindən Həştərxan hava limanına məcburi eniş edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, içkili vəziyyətdə olan sərnişinlərdən biri salonda stüardessanın işinə mane olub, uçuş zamanı qaydalara əməl etmək tələblərinə əks reaksiya verib. Bu səbəbdən təyyarənin komandiri Həştərxana məcburi eniş etmək qərarı verib.

Bundan sonra polis əməkdaşları həmin şəxsi təyyarədən düşürüblər. Onun Rusiya vətəndaşı, Kostroma vilayətində yaşayan azərbaycanlı olduğu bildirilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı