Modern.az

Ukraynanın siyasi partiyaları deputatlığa namizədlərin siyahısını açıqladılar

Ukraynanın siyasi partiyaları deputatlığa namizədlərin siyahısını açıqladılar

Təhsil

15 Sentyabr 2014, 10:54


Ukraynada oktyabrın 26-da keçiriləcək parlament seçkilərində iştirak edəcək siyasi partiyalar namizəd siyahılarını açıqlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynada vaxtından əvvəl keçiriləcək seçkilərdə hər partiya öz namizədini açıqlayıb.  

Ukrayna prezidenti Pyotr Poroşenkonun partiyası Pyotr Poroşenko Blokunun siyahısına “UDAR” Partiyasının lideri və Kiyevin meri Vitali Kliçko başçılıq edəcək.   Bundan başqa, siyahıya “UDAR” Partiyasından çox sayda millət vəkilli, regional inkişaf naziri və baş nazirin köməkçisi Vladimir Groysman, Krım tatarlarının liderləri Rifat Çubarov ilə Mustafa Cəmilov ilə birlikdə məşhur jurnalistlərdən Sergey Leşçenko ilə Mustafa Nayok daxil olublar.   Batkivşina Partiyasının lideri, keçmiş baş nazir Yuliya Timoşenko Rusiya həbsxanasında saxlanılan ukraynalı qadın təyyarəçi Nadya Sevçenkonun siyahıda birinci, özünün isə ikinci olacağını bildirib.  

Siyahıda partiyadan 225, təkmandatlı seçki dairələrindən 180 olmaq üzrə 405 namizədin yarışacağı açıqlayıb.  Baş nazir Arseni Yatsenyukun liderlik etdiyi Xalq Cəbhəsinin dünənki konfransında siyahıda yer alacaq namizədlərin adları da açıqlanıb.

Belə ki, siyahının əvvəlindəki 10 adam arasında baş nazir Arseni Yatsenyuk, Ukrayna Ali Radasının sədri Aleksandr Turçinov, milli təhlükəsizlik və müdafiə şurasının keçmiş baş katibi Andrey Parubiy, daxili işlər naziri Arsen Avakov və könüllü iki batalyon komandirləri var. Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin liderlik etdiyi Regionlar Partiyasının divan katibi və millət vəkili Boris Kolesnikov mətbuat konfransında verdiyi açıqlamada seçkilərdə iştirak etməyəcəklərini deyib. Kolesnikov döyüş şərtlərində seçki keçirilməsinin qeyri-mümkün olduğunu, bu səbəbdən də Regionlar Partiyasının seçkilərə qatılmayacağını bildirib.    

Rüfanə GÜNƏŞ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı