Modern.az

Nərimanovda “Bilik günü” qeyd edildi - FOTOLAR

Nərimanovda  “Bilik günü” qeyd edildi - FOTOLAR

Təhsil

15 Sentyabr 2014, 12:48

Bütün ölkə ərazisində olduğu kimi Nərimanov rayonunda da “Bilik Günü” geniş qeyd edilib. Modern.az xəbər verir ki, tədbirlərdə iştirak edən müəllimlər və valideynlər ölkə rəhbərliyinin təhsilə, təhsil işçilərinə və şagirdlərə göstərdiyi qayğıdan çox razı qaldıqlarını bildiriblər. Həmçinin “Bilik günü” münasibətilə təşkil olunan tədbirlərdə Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri,  müəllim, şagird və valideynlər iştirak edib.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları Adil Əliyev və Rasim Musabəyov, Təhsil Nazirliyinin nümayəndəsi, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak edib. 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Namidar Hüseynquliyev tədbir iştirakçılarını salamlayaraq Heydər Əliyev Fonduna və Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev məktəbdə təhsil alan şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib və onlara arzularını bildirib. İcra başçısı həmçinin ölkəmizdə təhsilin inkişafından, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışıb, ölkə prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müəyyən fiziki məhdudiyyətləri olan uşaqları daim diqqət mərkəzində saxladığını xüsusilə vurğulayıb.

Sonda Heydər Əliyev Fondunun internat məktəbin şagirdlərinə hədiyyələri – 80 nəfər şagirdə məktəbli çantası, məktəb ləvazimatları, 40 nəfər aztəminatlı şagirdə məktəbli forması təqdim edildi. 

Qeyd edək ki, 2013 - 2014-cü tədris ilində Nərimanov rayonun üzrə məktəbləri bitirənlərin sayı 3971 nəfər olub. 5 nəfər şagird məktəbi qızıl medalla bitirib. 2014-cü ildə ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı toplayan şagirdlərin sayı 65 nəfər, bunlardan 650 baldan yuxarı toplayan şagirdlərin sayı 16 nəfərdir. 2 nəfər isə Prezident təqaüdünə layiq görülüb.

Keçirilən silsilə tədbirlər çərçivəsində yeni dərs ilinin başlanması və “Bilik günü” ilə əlaqədar rayon ərazisində yerləşən Kor və Zəifgörənlər üçün 5 nömrəli Respublika İnternat Məktəbində tədbir keçirilib.


Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı