Ermənistanda məmurlar özlərinə villa tikmək üçün yaşıllıqları məhv edirlər.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu bəyanatla bu gün ekoloq Karina Danielyan çıxış edib. Onun sözlərinə görə, ekoloqlar dəfələrlə Yerevan meriyasına müraciət edərək paytaxtda villa tikintisi üçün ayrılan meşə ərazilərinin şəhər sakinlərinə qaytarılmasına çağırıb. Ancaq heç bir nəticəsi olmayıb. Ekoloqun fikrincə, Yerevanda demək olar yaşıl zona qalmayıb:
“Biz hətta oliqarxlara da müraciət etmişik ki, bu əraziləri öz xalqına qaytarsınlar. Karina Danielya deyib ki, mer Taron Markaryan, baş nazir Ovik Abramyan və digər yüksək vəzifəli şəxslər şəhərdə dəbdəbəli evlər tikdiriblər: “Ermənistanda təbiət sürətlə məhv edilir. Ölkə zibil yığnağına çevrilib. Respublikanın hər yeri zibillikdir. Bu, hakimiyyətin təbiətə münasibətinin göstəricisidir. Hara baxırsan, tikinti gedir”.
Modern.az