Modern.az

İqtisad Universitetinin tələbələri uşaq evində - FOTO

İqtisad Universitetinin tələbələri uşaq evində - FOTO

Təhsil

15 Sentyabr 2014, 17:55

Modern.az xəbər verir ki, sentyabrın 15-də Azərbaycan Dövlət İqtisad Universitetinin 500-dən çox bal toplayan tələbələri Xəzər rayonunda yerləşən “Ailə tipli kiçik qrup evi”ni ziyarət ediblər.

Tələbələrə valideyn himayəsindən məhrum olmuş on azyaşlı qızın yaşadığı qrup evi haqda ətraflı məlumat verilib. Uşaqlar tələbələrə öz əl işlərini nümayiş etdiriblər. I kurs tələbələri az yaşlılara dərslərini hazırlamaqda kömək ediblər.

Sonda ADİU adından “Ailə tipli kiçik qrup evi”nə hədiyyələr təqdim edilib.

 

Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...