“Sınaq qiymətləndirilməsində iştirak edə bilməyən müəllimlərə sentyabrın 20-də yenidən şans veriləcək”. Bunu Modern.az-a Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər.
Xatırladaq ki, 10-13 iyun aralığında ümumtəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə imtahan keçirilib. Üzrlü səbəblərə görə qiymətləndirilmədə iştirak edə bilməyən və sosial məzuniyyətdən qayıtmış müəllimlər üçün ayrıca imtahan vaxtı təyin edilib.
“Artıq bu həftədən başlayaraq Sınaq Qiymətləndirilməsində iştirak etmək üçün dövlət ümumtəhsil müəssisələrinin hər müəlliminin adına buraxılış vərəqəsi göndəriləcək. Buraxılış vərəqələri məktəb rəhbərliyi tərəfindən müəllimlərə çatdırılacaq”, – deyə Təhsil İdarəsindən bildiriblər.
Qeyd edək ki, Qiymətləndirilmənin Bakı şəhərinin 2 məktəbində - 47 və 258 saylı orta məktəblərində keçiriləcək .
Rüfanə GÜNƏŞ