Modern.az

Səlim Müslümov BMT-nin 29-cu sessiyasında iştirak edəcək

Səlim Müslümov BMT-nin 29-cu sessiyasında iştirak edəcək

Təhsil

16 Sentyabr 2014, 11:34

Sentyabrın 22-də ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının “Əhali və inkişaf üzrə Qahirə konfransının Fəaliyyət Proqramı”nın 20 illiyinə və onun gələcək icrası ilə bağlı görüləcək işlərin müzakirəsinə həsr olunmuş 29-cu xüsusi sessiyası keçiriləcək.  Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, sessiyada ölkəmizi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

1994-cü ildə Misirin Qahirə şəhərində keçirilmiş “Əhali və inkişaf üzrə konfrans”da əhali sakinliyi sahəsində aktual problemlərin həlli ilə bağlı dünya ictimaiyyətinin vahid mövqeyi formalaşıb və tədbirin yekunu olaraq “Əhali və inkişaf üzrə Qahirə konfransının Fəaliyyət Proqramı” qəbul edilib.  Proqram  əhali və davamlı inkişaf, daxili və beynəlxalq miqrasiya, demoqrafik problemlər, gender bərabərliyi, reproduktiv sağlamlıq, təhsil və s. kimi sosial yönümlü problemlərin həllinə yönəlib. Sənəddə dünya ölkələrində müxtəlif əhali qruplarının (gənclər, ahıllar, əlilliyi olan şəxslər və s.) ehtiyaclarının ödənilməsi məsələsi də əksini tapıb. Tədbirdə ölkəmizdə davamlı sosial-iqtisadi inkişaf prosesləri şəraitində əhali sakinliyi və demoqrafik sabitliyə nail olunması, əhalinin sosial müdafiəsi, əmək miqrasiyası proseslərinin tənzimlənməsi və digər sahələrdə aparılan islahatlar və əldə edilən uğurlar barədə Azərbaycan nümayəndə heyəti tərəfindən ətraflı məlumatlar verilməsi nəzərdə tutulur. Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı