Milli Məclisin deputatı Fuad Muradov 15 sentyabr Bilik günü ilə bağlı Səbail rayonunda yerləşən 160 saylı klassik gimnaziyada keçirlən tədbirdə iştirak edib.
Modern.az xəbər veri ki, yeni dərs ilinin başlanması münasibəti ilə müəllim və şagirdləri təbrik edən deputat qeyd edib ki, Azərbaycanda mükəmməl təhsil vermək dövlətin əsas prioritetidir və bu istiqamətdə ciddi işlər aparılır. Təhsil sistemində islahatların aparılıdığını vurğulayan deputat vurğulayıb ki, bütün diqqət şagirdləri yaxşı təhsil almaq imkanını yaradılmasına yönəldilib.
“Milli təhsil sistemi və bu sahənin inkişafı dövlət başçısı İlham Əliyev üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda dünya səviyyəsində təhsil verə biləcək bazanın formalaşması əsas hədəflərdəndir” - deyə F.Muradov qeyd edib.
Deputat bu sahədə Heydər Əliyev Fondunun və onun rəhbəri, ölkənin birinci xanımı Mehriban Əliyevanın fəaliyyətini qeyd edib. Mehriban Əliyevanın uşaqların dolğun təhsil almasına önəm verdiyini deyən deputat bu yöndə Fondun gördüyü uğurlu işləri vurğulayaraq ölkədə təhsil sahəsində ciddi irəliləyişlərə nail olduğunu bildirib.