Modern.az

Ermənistanda yeni korrupsiya DALĞASI: Ohanyandan ETİRAF

Ermənistanda yeni korrupsiya DALĞASI: Ohanyandan ETİRAF

Təhsil

16 Sentyabr 2014, 13:10


Ermənistanın müdafiə naziri Seyra Ohanyan Yerevan hökumətindəki tüğyan edən korrupsiya əməllərinin təhsil sektoruna sirayət etməsindən söz açıb.

Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, Seyran Ohanyan korrupsiya risklərini azaltmaq üçün təhsilə görə çağırışçılara hərbi xidmətdən möhlət verilməməsi ilə bağlı parlamentə daxil olan təklifi dəstəkləyib.

Yerevan Dövlət Universitetindəki çıxışı zamanı müdafiə naziri bildirib ki, hər bir vətəndaş bərabər şərtlərdə hərbi xidmət keçməlidir.   “Korrupsiya risklərini azaltmaq üçü məcburi hərbi xidmətdən möhlət hüququnun verilməsi haqqındakı qanun layihəsini ləğv etmək lazımdır. Bu, həm də Silahlı Qüvvələr haqqındakı düşüncələrdə etibarlılıq dərəcəsini yüksəldəcək”,-deyə Seyran Ohanyan vurğulayıb.

Qeyd edək ki, müxalifət partiyası olan "İrs"in parlament fraksiyasının rəhbəri  Ruben Akopyan və katibi Tevan Poqosyan hərbi xidmətə çağırışdan möhlət hüququnun ləğv edilməsi ilə bağlı  Ermənistan parlamentinə  qanun layihəsi təqdim edib. 

Ermənistanda bir neçə dəfə hərbi xidmətdən möhlət hüququnun ləğv edilməsi ilə bağlı məsələ qaldırılıb. Lakin Ermənistan cəmiyyəti buna kəskin etiraz edib.

Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı