Modern.az

“Yeni Müsavat” və “Azadlıq” qəzetləri gündəlik çapa qayıtmadılar

“Yeni Müsavat” və “Azadlıq” qəzetləri gündəlik çapa qayıtmadılar

Təhsil

16 Sentyabr 2014, 13:31

“Yeni Müsavat”  və “Azadlıq” qəzetləri  iyulun ilk həftəsindən 6 günlük iş rejiminə keçib. Qərar verilən zaman qeyd edilirdi ki, 6 günlük iş rejimi sentyabrın ilk həftəsinə qədər davam edəcək. İki aylıq şənbə günü istirahətindən sonra qəzetlərin yenidən 7 günlük iş rejiminə keçəcəyi gözlənilirdi.

“Yeni Müsavat”dan Modern.az-a verilən məlumata görə, qəzetin əvvəlki kimi həftənin bütün günləri çapı haqqında dəqiq qərar hələ ki yoxdur.

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyevin dediyinə görə, hələlik maddi imkanlar ağır olduğu səbəbindən 6 günlük iş rejimi saxlanılacaq.

Məltəm Talıbzadə

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı