Modern.az

Hava şəraiti kəskin dəyişəcək, bəzi yerlərdə leysan olacaq

Hava şəraiti kəskin dəyişəcək, bəzi yerlərdə leysan olacaq

Təhsil

16 Sentyabr 2014, 13:58

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında sentyabrın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 19 dərəcəyə yaxın, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında sentyabrın 17-də şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi güclənəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 17-dən başlayaraq  ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, qeyri-sabit hava şəraitinin ikinci ongünlüyün sonunadək davam edəcəyi, arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, şimal-qərb küləyinin  güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı düşəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı