Modern.az

Ailə sirlərinə görə məhkəmə qapalı keçirildi” – İlham Mirzəyevin vəkili

Ailə sirlərinə görə məhkəmə qapalı keçirildi” – İlham Mirzəyevin vəkili

Təhsil

16 Sentyabr 2014, 15:42


“Hazırlıq iclası keçirildi. Növbəti məhkəmə iclası sentyabrın 30-a təyin olundu. İlham Mirzəyev bütün jurnalistlərə hörmət edir və onları da görmək istəyir. Sadəcə işin tərkibində ailə sirri təşkil edən məlumatlar olduğu üçün iclasın qapalı keçirilməsini xahiş edib”. Bunu Modern.az-a açıqlamasında İlham Mirzəyevin vəkili Xanlar Bayramzadə bu gün keçirilən məhkəmə iclası barədə məlumat verərkən söyləyib. Onun sözlərinə görə, İ. Mirzəyev ittiham aktının qeyri-qanuni yol ilə qəzet və sayt səhifələrinə çıxardılmasına çox təəssüflənib. “Çünki heç kimin o ittiham aktını yaymağa ixtiyarı yox idi”.

  İttiham aktının kim tərəfindən yayılmasına gəlincə, vəkil bildirdi ki, “bunu araşdırmaq başqa orqanların işdir. Bu barədə hər hansı fikir söyləyə bilmərəm”.  

Qeyd edək ki, bu gün Nərimanov Rayon Məhkəməsində “Space” televiziyasının “Etiraf” verilişinin aparıcısı, dələduzluğa görə həbs edilən İlham Mirzəyevlə bağlı məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Proses hakim Məzahir Sadıqovun sədrliyi ilə davam edib. Məhkəmədə vəkil işə xitam verilməsini tələb edib. Güman olunur ki, tərəflər arasında razılıq əldə olunduğundan İlham Mirzəyev növbəti məhkəmələrin birində azadlığa buraxılacaq. 

Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı