Modern.az

Ukrayna Avropa Birliyi ilə assosiativ üzvlüyü təsdiqlədi

Ukrayna Avropa Birliyi ilə assosiativ üzvlüyü təsdiqlədi

Təhsil

16 Sentyabr 2014, 15:45


Avropa Parlamenti və Ukrayna Ali Radası iki tərəf arasında assosiativ üzvlük haqqında müqaviləni ratifikasiya edib. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkə parlamentinin rəsmi saytı yayıb:

“Ukrayna Ali Radası öz seçicilərinin iradəsinə uyğun olaraq, yeganə qanunverici orqan kimi Ukrayna və Avropa Birliyi arasındakı assosiativ üzvlük haqqında razılaşmanı ratifikasiya edir. Ukrayna Avropa ölkəsi olaraq gələcəkdə Avropa Birliyinin üzvü olmaq üçün öz suveren qərarını verib”.

Sənəddə qeyd olunur ki, bu sənəd Avropa Birliyinə üzvlük yolunda Ukraynanın əsaslı addımıdır.    

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı