Modern.az

Avqust ayı üçün Qarabağla bağlı monitorinqin nəticələri açıqlandı - 3449

Avqust ayı üçün Qarabağla bağlı monitorinqin nəticələri açıqlandı - 3449

Təhsil

16 Sentyabr 2014, 20:20

Mətbuat Şurasının Beynəlxalq Əlaqələr Komissiyasının sədri, millət vəkili Cavanşir Feyziyevin rəhbərliyi altında mətbuatda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılanların monitorinqi layihəsinin icrası davam etdirilir.

Martın 1-dən start verilən layihə çərçivəsində avqust ayı ərzində də ölkədə fəaliyyət göstərən 16 qəzet v 21 on-line media monitorinq olunub. Monitorinq çərçivəsində qəzet və on-line mediada Qarabağ münaqişəsinə necə yer alddığı öyrənilib.

 Avqust ayının yekunlarına əsasən, monitorinq olunan mətbuat orqanlarında Qarabağ haqqında 3449 məqalə dərc edilib. Yazılardan 2599-u (75.4 faiz) on-line medianın, 850-i (24.6 faiz) isə yazılı mətbuatın payına düşür.

Əvvəlki aylarla müqayisədə mediada bu məsələ ilə bağlı yazıların sayının artdığı müşahidə edilib. Monitorinq olunan qəzetlərdən mövzu ilə bağlı ən çox məqaləni dərc edən “Xalq qəzeti” (104 məqalə), “Bakı-Xəbər ”, (79 məqalə), “Yeni Müsavat” (65 məqalə) olub.

Ay ərzində Qarabağ münaqişəsi ilə bağlı ən az məqalə “Ədalət” (21 məqalə) qəzetində dərc edilib.

 On-line mediada isə ilk üçlükdə isə Trend.az, Turan.az və Musavat.com saytları yer alıblar. Bu saytlar ay ərzində müvafiq olaraq 293, 292, 233 xəbər yayıblar. Ay ərzində on-line mediada Qarabağ münaqişəsi ilə bağlı ən az xəbəri isə ann.az (70 xəbər), mediaforum.az (68 xəbər), haqqın.az (10 xəbər) və newstimes.az (3) saytları yayıbdır.

Monitorinq çərçivəsində on-line medianın Dağlıq Qarabağ münaqişəsinə hansı aspektdən yanaşmasına da diqqət yetirilib. Bu zaman məlum olub ki, avqust ayı ərzində mətbuatda bu səpkidə yazılan məqalələrin 36 faizi atəşkəsin pozulması ilə bağlı olub.

İkinci diqqətdə olan mövzu rəsmilərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdikləri bəyanatlar olub. Saytlardakı xəbərlərin 17,0% -i bu mövzuya həsr edilib.

On-line medianın diqqət mərkəzində olan əsas məsələlərdən biri də avqustun əvvəlində cəbhə xəttində atəşkəsin pozulması nəticəsində baş verən olaylar olub. Bu mövzuya məqalələrin 15 faizi həsr edilib. Xocalı soyqırımı (7 faiz), ATƏT-in Minsk Qrupu və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı mövqeyi (5 faiz), Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşü (4 faiz), Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşları ilə bağlı (3 faiz) məsələləri də on-line media diqqət mərkəzində saxlayıb.

Qəzetlərin mövzu seçimi də on-lıine mediadan ciddi fərqlənməyib. Dərc olunan məqalələrin 32,0% -i cəbhə xəttində atəşkəsin pozulması ilə bağlı olub. Xəbərlərin 20 faizi isə cəbhə xəttində verilən itkilərin işıqlandırılmasına xidmət edib. Başqa sözlə desək, avqust ayında qəzetlərdə Qarabağ münaqişəsi ilə bağlı yazıların yarısı ayın əvvəlində atəş xəttində baş vermiş döyüşlərlə bağlı olub.

Bundan əlavə, qəzetlər rəsmilərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatlarına (19 faiz), ATƏT-in Minsk Qrupu və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı mövqeyinə (7 faiz), Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfərinə (6 faiz), ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yanaşmasına (6 faiz), Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşları ilə bağlı xəbərlərə (2 faiz) və digər məsələlərə (8 faiz) yer ayırıblar. Monitorinq zamanı yazıların janra görə da təsnifatı aparılıb.

Ən çox məqalə dərc edən 2 qəzetin – “Xalq qəzeti” və “Bakı Xəbər”in məqalələri əsas götürülüb. Məlum olub ki, “Xalq qəzeti”nin öz səhifələrində yerləşdirdiyi məqalələrin 50 faizi xəbər janrında olub.

Məqalələrin 22 faizinin analitik-araşdırma, 20 faizinin müsahibə, 8 faizinin köşə janrında yazılıb. “Bakı Xəbər” qəzeti Qarabağ problemi ilə bağlı dərc etdiyi məqalələrin 49 faizində xəbər janrına üstünlük verib. Yerdə qalan məqalələrin 30 faizi analitik-araşdırma, 12 faizi köşələr, 9 faizi müsahibələr olub

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı