Modern.az

Ukrayna Azərbaycanlı Gənclər Birliyinə yeni sədr seçilib

Ukrayna Azərbaycanlı Gənclər Birliyinə yeni sədr seçilib

Təhsil

16 Sentyabr 2014, 23:46

Kiyevdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) II Hesabat seçki konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə ümummili lider Heydər Əliyevin Kiyev şəhərindəki adidəsini ziyarət edilər.

Bu barədə Modern.az-a Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, hesabat  seçki konfransında Azərbaycanın Ukraynadakı Fövqəladə və Səlahiyyətli səfiri Eynulla Mədətli çıxış edərək  Heydər Əliyevin dövlət quruculuğu strategiyasında gənclərin inkişafına ayrılan xüsusi diqqət və qayğıdan söz açıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran səfir dörd il əvvəl fəaliyyətə başlamış Ukrayna Azərbaycanlı Gənclər Birliyinin nəcib amallara xidmət etdiyini, vətənimiz və dövlətimiz naminə səmərəli tədbirlər həyata keçirdiyini vurğulayaraq, təşkilatın sədri Anar Tahirova fəaliyyətinə görə Azərbaycanın Ukraynadakı Səfirliyinin ali diplomunu təqdim edib.

Konfransda çıxış edən Diaspora İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ruslan Quliyev azərbaycanlı gənclərin təşkilatlanmasının və ölkəmizlə bağlı həqiqətlərin təbliğində fəal iştirakının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

UAGB-nin ötən 4 il ərzində həyata keçirdiyi layihələrlə Vətənə sədaqətlə xidmət etdiyini vurğulayan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dneprepetrovsk Vilayət təşkilatının sədri Qüdrət Hacıyev, Konqresin Ali Məclisinin rəhbəri Akif Gülməmmədov və digəriləri Birliyə gələcək fəaliyyətində uğurlar arzulayıblar. Sonra UAGB-nin sədri Anar Tahirov təşkilatın fəaliyyəti ilə bağlı hesabat xarakterli çıxış edib. Daha sonra Ukraynanın 20 vilayətindən 80 gəncin qatıldığı konfransda qurumun yeni sədri və İdarə Heyəti seçilib. Təşkilatın möhürü və sənədləri gənclərin yüksək etimadını qazanan İlhamə Allahverdiyevaya təqdim olunub. UAGB-nin sədr kürsüsünə layiq görüldüyünə görə konfrans iştirakçılarına minnətdarlığını bildirən İlhamə Allahverdiyeva təşkilatın gələcək fəaliyyət proqramını açıqlayıb. Qeyd edək ki, İlhamə Allahverdiyeva Ukraynanın Kiyev vilayətinin Pripyat şəhərində doğulub, Taras Şevçenko adına Milli Universitetinin tarix fakültəsinin məzunudur. O, UAGB sədrinin Mədəniyyət məsələləri və İctimaiyyətlə Əlaqələr üzrə müavini və İdarə Heyətinin üzvü idi. Tədbirin sonunda bir sıra şəxslərə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəxri diplomları təqdim olunub.

Xatırladaq ki, Ukrayna Azərbaycanlıları Gənclər Birliyi 2010-cu ildə təsis edilib. Ukraynanın 19 vilayətində regional təşkilatlarını yaradan birliyin nəzdində şən və hazırcavablar klubu, milli musiqi ansamblı, “Bakı” ftbol komandası fəaliyyət göstərir. Birliyin əsas məqsədi xalqımızın qədim adət-ənənələrini, zəngin mədəni irsini qoruyub yaşatmaq, Azərbaycan həqiqətlərini təbliğ etmək, əsasən də, Ukraynada böyüməkdə olan azərbaycanlı gənclərin bu ölkənin ictimai-siyasi həyatına inteqrasiyasını təmin etməkdən ibarətdir.


Gülşən Raufqızı


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı