Modern.az

Sabahın hava PROQNOZU: leysan, sulu qar, külək

Sabahın hava PROQNOZU: leysan, sulu qar, külək

Təhsil

17 Sentyabr 2014, 13:13

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən  məlumata görə, Bakıda və Abşeron yarımadasında  sentyabrın 18-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi gündüz arabir güclənən mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 15-17, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 18-də arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, gecə saatlarında Böyük Qafqazın yüksək dağlıq ərazilərində sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı